"Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi

İctimai Birliyi

IMG-LOGO

Üzvlük haqqında

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə oktyabr ayının 26-sı 2017-ci ildə təsis olunub. Assosiasiya dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsinin icrası çərçivəsində yaradılmışdır. İdarə heyətinin sədri "Bakı Tekstil Fabriki" MMC-nin sədri Səkinə Babayevadır.

Assosiasiyanın yaradılma məqsədi qadın sahibkarlığının inkişafında, qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində mühüm rol oynamaq, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ölkənin ixrac imkanlarının genişləndirilməsi, qadınların sahibkarlıq sahəsində fəallığının artırılmasından ibarətdir. Assosiasiya üzvlərinə geniş əməkdaşlıq platforması təqdim edir.